GƏNCƏ ŞƏHƏR 2 NÖMRƏLİ UŞAQ BAĞÇASINDA SINAQ DƏRSİ TƏŞKİL OLUNDU

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin  Məktəbəqədər  təlim-tərbiyə ixtisasının 4 kurs tələbəsi Zamanova Türkanın Universitetin baza müəssisəsi olan 2 saylı uşaq bağçasında sınaq dərsi təşkil olunmuşdur.

Dərsdə Gəncə şəhər 2 saylı uşaq bağçanın direktoru Məhəbbət  Atakişiyeva,  Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev, təcrübə rəhbərləri Günay Kazımova, Şəlalə Binnətova  və təcrübəçi tələbələr iştirak edirdilər.

Təcrübəçi tələbə kiçik yaşlı fidan balaları qruplara böldükdən sonra, mövzuya  aid hazırladığı səhnəciklər və qruplar arası yarışmalar tədbir iştirakçılarına təqdim olundu. Dərsə aid əyani vəsait hazırlamışdır. Tədbirdə çıxış edənlər təcrübəçi tələbəyə bir sıra metodiki məsləhətlər verdilər və onun dərsini yaxşı qiymətləndirdilər.

Yekunda tədbir iştirakçıları fidan balalarla xatirə şəkilləri çəkdirdilər.