Gəncə Dövlət Universitetində “Mədəni irsimizi tanıyaq və tanıdaq” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Dövlət  Universitetində (GDU)  “Mədəni irsimizi tanıyaq və tanıdaq”  mövzusunda  tədbir keçirilib.   

     Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri  Yadigar Bədəlov,  Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəis müavini Xəlil İbrahimov, həmin idarənin əməkaşları, GDU-nun müəllim və tələbələri iştirak ediblər.    

      Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən dövlət mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri tarixi-mədəni irsin qorunması və təbliği, eləcə də dünya mədəni irsi sahəsində maarifləndirilmənin aparılmasıdır.

      Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov diqqətə çatdırıb ki, qədim Gəncə şəhəri özünün zəngin mədəni irsi ilə xalqımızın milli sərvətlərinin qorunması işinə öz layiqli töhfəsini verir. Şəhərdə dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması işinin təşkil edilməsi, abidələrinn istifadəsi və təbliği sahəsi ilə bağlı aidiyyəti dövlət  qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən tədbirlər həyata keçirilir.

     Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəis müavini Xəlil İbrahimov çıxış edərək gənclərin vətənpərvər ruhda tərbiyə olunmalarında, milli-mədəni irsimizin qorunması və tarixi mədəniyyət abidələrinin gələcək nəsillərə çatdırılmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

    Tədbirdə mövzuya uyğun  videoslaydlar nümayiş olunub.

    Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti