Gəncə Dövlət Universitetində payız semestrinin imtahan sessiyası başladı

      Gəncə Dövlət Universitetində (GDU) 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun izmaladığı əmrə əsasən universitetdə nəzarət komissiyası yaradılıb,  nəzarətçi qrupların bölgüsü aparılıb. Bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb.

   İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün universitetdə lazımi şərait yaradılıb.

Imtahanlarda ictimai nəzarətin həyata keçirilməsi, şəffaflığın artırılması məqsədilə ziyalılar, millət vəkilləri, tələbələrin valideynləri və QHT üzvlərindən ibarət “İctimai nəzarət şurası”nın yaradılıb.

   Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən asılı olaraq yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah yaradılıb.

   İmtahanların gedişinə nəzarət etmək üçün komissiya üzvləri mütəmadi olaraq imtahan auditoriyalarına gedir, tələbələri maraqlandıran sualları cavablandırır, onların qarşılaşdığı hər hansı problemin olub-olmaması ilə maraqlanır.  

Bütövlükdə GDU-da imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir.

   Hazırda universitetin II tədris binasında imtahanlar yazılı və qabiliyyət formalarında aparılır.

06 yanvar 2023-cü il tarixindən isə test və şifahi imtahan keçiriləcək.

    Qeyd edək ki, 29 dekabr 2022-ci il tarixində başlayan imtahan sessiyası 01 fevral 2023-cü il tarixində yekunlaşacaq.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti