Gəncə Dövlət Universitetində “REFRESH” layihəsi çərçivəsində növbəti təlim keçirilib

                   Gəncə Dövlət Universitetinin tərəfdaşlığı və Azərbaycan Dövlət İqtisad Universitetinin kordinatorluğu ilə həyata keçirilən “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması” (REFRESH) layihəsi çərçivəsində təlim keçirilib.

     Təlimdə Gəncə Dövlət Universitetinin fakültə dekanları, kafedra müdirləri və professor-müəllim heyəti iştirak edib.

      Təlim iştirakçılarına bir müddət öncə layihə çərçivəsində Danimarka Texniki Universitetinə edilən səfər haqqında danışılıb, xarici ekspertlər tərəfindən sillabuslara verilmiş rəylər və tövsiyələr barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində bəzi fənlərin sillabusları yenilənib.

    Daha sonra sillabuslarda olan təlim nəticələrinin təkmilləşməsi ilə bağlı müzakirələr aparılıb.

     Sonda təlim iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti