Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevə həsr edilən tədbir keçirilib

    Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

   Tədbirdə rektorun baş müşaviri Asif Cavadov çıxış edərək Ulu Öndər Heydər Əliyevin  parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən ətraflı danışıb.  Rektorun baş müşaviri qeyd edib ki, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə ulu öndər Heydər Əliyev hər zaman xalqın mənafeyini düşünmüşdür.

    Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, universitetin Heydər Əliyev Muzeyinin müdiri Fazilə Cəfərova və Coğrafiya kafedrasının baş müəllimi Arifə Əhmədli çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin 1982-1987-ci illəri əhatə edən fəaliyyətindən ətraflı danışıblar.  Bildirilib ki, tarixi şəxsiyyət  Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev az vaxt içərisində bütün SSRİ-də böyük nüfuz qazandı. Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlamış, onun inkişafına hər cür qayğı göstərmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti