Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Goranboyda görüş keçirib

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Goranboyda rayon üzrə 30–a  yaxın orta ümumtəhsil məktəbinin kollektivi və şagirdləri ilə görüş keçirib.

      Goranboy rayon təhsil sektorunun müdiri Xəyal Məmmədov çıxış edərək qeyd edib ki, görüşün əsas məqsədi Gəncə Dövlət Universiteti ilə rayon üzrə  orta ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması, o cümlədən  şagirdlərə ali məktəbin  fəaliyyəti barədə ətraflı  məlumat verməkdir.  

Universitetin işçi qrupunun üzvləri-dosent A.Quliyev, dosent C.Qarayev, dosent C.Bağırzadə, dosent E.Atakişiyev, baş müəllim  İ.Haqverdiyev çıxış edərək ali məktəbin fakültələri, ixtisasları, tədris binaları, kitabxanaları və tələbə yataqxanası və universitetin beynəlxalq əlaqələri barədə ətraflı söhbət açıblar. Qeyd edilib ki, Gəncə Dövlət Universiteti ilə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Universiteti arasında imzalanan ikili dövlət proqramı ilə tələbələr təhsil və elm sahəsində yeni imkanlar əldə edəcəklər.

   Görüşdə universitetin fəaliyyətini ətraflı şəkildə əks etdirən videoçarx nümayiş etdirilib.

     Goranboy rayon təhsil Sektorunun əməkdaşları Maksim Bayramov, Hicran Əhmədi çıxışlarında qeyd edilblər ki, şagirdlər arasında belə görüşlərin keçirilməsi onları  ali təhsil almağa daha da həvəsləndirir.

    Tədbirin sonunda universitetin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar şagirdlərə təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti