Gəncə Dövlət Universitetində “Zəfərimiz” adlı tədbir təşkil edilmişdir

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş “Zəfərimiz” adlı  tədbir keçirilmişdir.
   Tədbirdə Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq ölkəmizin 44 gün ərzində keçdiyi şanlı Zəfər yolundan söhbət açmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı qələbələrdən danışmışdır.

    Tədbirdə çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, “Davam” Gənclər Hərəkatının fəaliyyəti və  gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat vermişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti