Təhsildə Keyfiyyət Təminatı Agentliyi Gəncə Dövlət Universitetinin müəllimlərinə sertifikatlar təqdim etdi

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Gəncə Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 29-30 iyun, 1 və 4 iyul 2022-ci il tarixlərində “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi” adlı təlim keçirilmişdir. Bu gün Keyfiyyətin Təminatı Mərkəzi tərəfindən keçirilmiş təlimin nəticələrinə uyğun sillabusların hazırlanması  və təlim nəticələrinin formalaşdırılması haqqında yekun müzakirələr aparılıb.

    Tədbirdə Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərərək bu sahədə görülən işlərdən danışıb. Qeyd edib ki, əsas məqsəd universitetdə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulmasına dəstək verməkdir.

  Universitetin Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov və mərkəzin əməkdaşları professor-müəllim heyətini maraqlandıran sualları cavablandırıb.

  Tədbirin sonda təlimdə iştirak ettmiş universitetin 30-dan çox əməkdaşına Agentliyin sertifikatları təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti