Gəncə Dövlət Universitetinin 2020/2021-ci tədris ili üçün məzun olacaq buraxılış kurs tələbələrinin nəzərinə

Əziz tələbələr!

Universitet rektorluğu nəzərinizə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 158 saylı Qərarı ilə pandemiya şəraiti ilə əlaqədar bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar (Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) və Bədən tərbiyəsi və idman) istisna olmaqla digər ixtisaslarda ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və buraxılış işinin müdafiəsi ləğv edilmişdir. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə, ÜOMG -yə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar.

ÜOMG göstəriciləri ilə razılaşmayan tələbələrin ərizəsi əsasında öz xahişləri ilə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsi təşkil olunacaq.

Xüsusi qabiliyyət tələb edən ixtisasların (Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) və Bədən tərbiyəsi və idman) tələbələrinin isə buraxılış işinin müdafiəsi və dövlət imtahanını verməsi məcburidir. Qeyd edilən ixtisaslarda Yekun Dövlət Attestasiyası WhatsApp platforması üzərindən distant formada (online) keçiriləcəkdir.

Nəzərə almağınız xahiş olunur.

İMTAHAN MƏRKƏZİ