GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN BAYRAM ŞƏNLİYİ


“İmperial” adlı şənlik evində Gəncə Dövlət Universitetinin müəllim və tələbələrinin, texniki heyət nümayəndələrinin iştirakı ilə Novruz şənliyi keçirildi. Şənlikdə ilk öncə  rektor  professor Yusif Yusibov kollektivi bayram münasibətilə təbrik edib onlara möhkəm can sağlığı və işlərində uğurlar arzulayaraq Universitetin həyatında səmərəli fəaliyyətləri və təhsildə müvəffəqiyyətləri ilə  fərqlənən  müəllim və tələbələri fəxri fərmanla təltif etdi.
Növbə ilə fakültə dekanları çıxış edərək başda rektor olmaqla müəllim və tələbələrə xoş arzularını bildirdilər. Təbrik sözləri deyildikcə hər bir fakültənin tələbə və müəllimlərinin rəqsləri mərasimi daha da şənləndirdi. İqtisadiyyat fakültəsi isə bayram süfrəsinin gözəlliyi və zənginliyi ilə yarışın qalibi oldu.