Gəncə Dövlət Universitetinin Keyfiyyətin Təminatı Mərkəzinin əməkdaşları “Gəncə SOS Uşaq Kəndi”ndə olmuşlar

Gəncə Dövlət Universiteti ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən universitetin Pedaqoji fakültəsinin “Psixologiya” və “Təhsildə sosial-psixoloji xidmət”, eləcə də Tarix- Coğrafiya fakültəsinin “Sosial iş” ixtisaslarının III kurs tələbələri “Gəncə SOS Uşaq Kəndi”ndə praktik-seminar məşğələ keçmişdir. Məşğələdə universitetin Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev və professor-müəllim heyəti iştirak etmişdir.

     Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev keçirilən praktik-seminar məşğələlər və görülən işlər haqqında məlumat vermişdir. Praktik-seminar məşğələlərin müvafiq qaydalara uğun təşkil olunmasından danışmışdır.

   Görüşdə universitetin Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov çıxış edərək qeyd etmişdir ki, əsas məqsəd Gəncə SOS Uşaq Kəndində keçirilən praktik-seminar məşğələlərin vəziyyətini yoxlamaq, təlim-tədris prosesini izləmək və mövcud olan problemlərin aradan qaldırılması üçün köməklik göstərməkdir. İsmayıl İsmayılov onu da vurğulamışdır ki,  “SOS Uşaq Kəndləri” valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edir. Bu layihələr BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, uşaqların öz bioloji ailələrində yaşaması üçün əlavə tədbirlər həyata keçirməyə imkan verir. Gəncədə də, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının filialının olması uğurlu addımlardandır.

   Gəncə Dövlət Universitetinin Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov diskusiya şəklində keçirilən praktik –seminar məşğələsindən razı qaldığını bildirmiş, pedaqoji heyətə və tələbələrə uğurlar arzulamışdır.

Sonda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti