GDU-nun müəllimi orta məktəbdə ustad dərsi keçmişdir

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin baş müəllimi Gülər Sadıqova Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə “Ailə xəzinədir” mövzusunda ustad dərsi keçmişdir.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov,  Qrammatika və İngilis dilinin tədrisi kafedrasının müdiri Elnarə Abdullayeva, həmin kafedranın müəllimi Türkan Ağayeva, orta məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.

Gülər Sadıqova qeyd etmişdir ki, ustad dərsin əsas məqsədi şagirdlərin diqqətini ailədəki əsas dəyərlərə cəmləmək, dörd dil bacarığını tətbiq etməklə onlara ailələrini qiymətləndirməyi öyrətməkdir. Ustad dərsində dinləmə mətni əsasında ailədəki əsas dəyərlər təhlil edilmiş, şagirdlərə xarici dildə fikirlərini ifadə etmək imkanı verilmişdir.

Ustad dərsin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti