GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR

Sentyabrın 27-i  səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Gəncə şəhərində də anım mərasimi keçirilmiş,  Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi qürurla anılmışdır.

Gəncə Dövlət Universitetində 27 sentyabr – Anım  günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. GDU-nun rektoru ,  professor Yusif Yusibov və  professor-müəllim heyəti  ilk öncə universitetdə şəhidlərin xatirəsinə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstəsi qoymuşlar.

Daha sonra Gəncədəki Şəhidlər Xiyabanı ziyarət edilmişdir.  Şəhidlərin məzarı önünə gül dəstələri qoyulmuş, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən şəhidlərimizin əziz xatirəsi böyük hörmətlə yad edilmişdir. Bildirilmişdir ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, Şəhidlər və qazilər qürür mənbəyimizdir

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.