GDU-da təhsil almaq istəyən əcnəbi vətəndaşlarla müsahibə keçirildi

2022-2023-cü tədris ilində Gəncə Dövlət Universitetinə qəbul olmaq üçün müraciət edən 15-dən artıq əcnəbi vətəndaşla müsahibə keçirilmişdir. GDU-nun tədris işləri üzrə prorektoru, dosent Şahin Xurşudov müsahibə iştirakçılarına uğurlar arzulayaraq qeyd etmişdir ki, universitetdə əcnəbi tələbələrin təhsil alması üçün hər cür şərait yaradılmışdır. Şahin Xurşudov eyni zamanda son illər GDU-da təhsil sahəsində qazanılan uğurlar, çoxsaylı beynəlxalq əlaqələr barədə məlumat vermişdir.

Universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə müsahibə iştirakçılarının qarşılaşdıqları problemlərin həlli istiqamətində lazımi dəstək göstərilcəyini vurğulamış, GDU-da  yataqxanaların vəziyyəti, yaradılan şərait, xarici tələbələrin qidalanmasının təşkili haqqında ətraflı məlumat verdikdən sonra müsahibə iştirakçılarını maraqlandıran məsələlər müzakirə olunmuş, onların sualları cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.