Tələbəmizin uğuru

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin IV kurs tələbəsi Leyla Heydərova Almaniyanın DAAD proqramına müraciət edərək təqaüd proqramını qazanmış və iyulun 18-dən avqustun 5-nə qədər Katolische Universitat Eicstat-Ynqol stadt yay məktəbində iştirak etmişdir. Alman dili ixtisasında təhsil alan tələbə Leyla Heydərova qazandığı bu uğura görə universitet rəhbərliyinə və müəllimlərə təşəkkürünü bildirib. O, qeyd edib ki, DAAD proqramına müraciət etdim və təqaüd proqramını qazanıb,  yay məktəbində iştirak etdim. Alman mədəniyyəti ilə tanış oldum. Söz yox ki, bütün bunlar mənim Alman dilini təkmilləşdirməyimə kömək olacaq.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti