Gəncə Dövlət Universitetinin məzunları 48 ildən  sonra ali təhsil ocağında görüşdülər

 Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin 1973-1978-ci illərin məzunları illər sonra doğma ali təhsil ocağında görüşüblər. Məzunlar bir zamanlar təhsil aldıqları auditoriyalarda, eləcə də laboratoriyalarda olublar.

 Kimya və biologiya fakültəsinin Tədris işləri üzrə dekan müavini Mirzə Həsənov və Humanitar məsələlər üzrə dekan müavini Yeganə Aslanova universitetdə həyata keçirilən yeniliklər, fakültənin uğurları haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki,1938-ci ildə əsası qoyulan Kimya və biologiya fakültəsində indiyə qədər 20 mindən çox  mütəxəsis hazırlanıb. Fakültənin professor-müəllim heyəti yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, yeni fənn proqramlarının, dərslik və dərs vəsaitlərinin yazılması istiqamətində daim işlər aparır.

 Çıxış edən məzunlar bildiriblər ki, 48 ildən sonra Gəncə Dövlət Universitetində keçirilən bu görüş keçmişlə bu günün gözəl, yadda qalan, unudulmaz xatirəsidir.

 Sonda keçmiş məzun Mübariz Mehdiyev onlara göstərilən diqqətə və yaradılan şəraitə görə Universitetin rektoru Yusif Yusibova minnətdarlığını bildirib.