Gəncə Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul imtahanında uğur qazanmış bakalavrların elektron qaydada qeydiyyatına start verildi

Gəncə  Dövlət  Universitetinin  (GDU)  magistratura səviyyəsinə qəbul olan namizədlər 13.07.2021-22.07.2021-ci il tarixlərində https://portal.edu.az/ portalından qeydiyyatdan keçib yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim olunması və təhsil haqqının icrası mümkündür.

Elektron qeydiyyatdan keçən namizədlər 30.07.2021-ci il tarixinədək aşağıda göstərilən sənədləri  GDU-ya təqdim etməklə müqavilə bağlamalıdırlar.

1. Diplomun əsli və surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər)- 2 nüsxə;

2. Cari ilin məzunları tərəfindən universiteti bitirdikləri haqqında arayış – 1 nüsxə;

3. Şəxsiyyət vəsiqəsinin surəti – 1 nüsxə ;

4. 3×4 ölçüdə rəngli fotoşəkil – 4 ədəd;

5. Hərbi biletin və hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin (ağ bilet) surəti (möhürlü səhifələrin üzünü çıxarmaqla) – 1 nüsxə;

6. Illik təhsil haqqının ödəniş qəbzinin  (ödənişli əsaslarla təhsil üçün) surəti – 1 nüsxə;

7. Müqavilə  GDU –nun (sənəd qəbul komissiyasında  çap edilib rəsmiləşdirilir);

8. Müvafiq ixtisasa qəbul olunmaqla bağlı DİM-dən sənəd- 1 nüsxə.

Sosial baxımdan həssas əhali qrupuna aid olanların əlavə olaraq aşağıda qeyd olunan sənədləri təqdim etməsi mütləqdir:

1. Məcburi köçkün status olanlar:

  • Tələbənin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • Tələbənin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • Tələbənin müvəqqəti məskünlaşdığı şəhər (rayon) icra hakimiyyətində yaradılmış “Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi” nin yerli nümayəndəliyindən arayış (tələbənin adına);

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:

  • Tələbənin və valideyninin  şəxsiyyət vəsiqəsinin surəti;
  • Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını  (TSEK arayışı),  hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.

3. Azərbaycan Respublikasının şəhid ailəsinin üzvü olanlar:

  • Tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
  • Valideynin şəhid olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.

4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən məhrum olmuş və ya bir valideyni vəfat etmiş digər valideyni isə I və II qrup əlil olan 23 yaşınadək şəxslər:

  • Tələbənin,  valideyninin (yaşayırsa)  və ya himayəyə götürən şəxsin  şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş  surəti;
  • Qəyyumluğa və ya himayəyə verilməsini  təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
  • Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
  • Tələbənin valideyninin I və ya II qrup əlil olmasını təsdiq edən TSEK arayışı;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.

5. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ödənişli əsaslarla qəbul olmuş I və II dərəcə əlilliyi olan şəxslər:

  • Tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
  • Tələbənin əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti.

Qeyd:

1. Güzəşt yalnız ilk dəfə magistratura səviyyəsinə qəbul olanlara aiddir.

2. Sənədlərin təqdim edilməsindəki məqsəd qəbul olanlarla təhsil müqaviləsinin bağlanılması, növbəti tədris ilinin planlaşdırılması və magistrlərin şəxsi işlərinin formalaşdırılmasından ibarətdir.

3. Sənədlər ipli kağız qovluqda təqdim olunmalıdır.

Gəncə Dövlət  Universiteti (GDU) – sənəd qəbul komissiyası

e-mail: nuriye.ramazanova@mail.ru, gultekinhuseynova1965@mail.ru

Telefon: (055) 271-26-69,  (050) 318-65-58