Göygöl Təhsil Mərkəzinin abituriyentləri yay layihəsi çərçivəsində Gəncə Dövlət Universiteti ilə tanış olublar

Göygöl Təhsil Mərkəzinin təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Mənim ixtisasım” layihəsi çərçivəsində onlarla məktəbli bu gün Gəncə Dövlət Universiteti ilə tanış olub.

Göygöl Təhsil Mərkəzinin Gəncə, Balçılı, Göygöl, Samux və Şəmkir filiallarının abituriyentləri Gəncə Dövlət Universitetinin baş binası, 5-ci tədris korpusu və tələbə şəhərciyində olmuş, universitetin əməkdaşları tərəfindən onlara ətraflı məlumat verilmişdir. Ekskursiyanın təşkil olunmasının əsas məqsədi universitetimizin ali məktəblər içərisində mövqeyi, uğurları, müasir maddi-texniki və logistik bazası (fənn kabinələri, laboratoriyaları, idman zalları və meydançaları), yeni ixtisasların peşə yönüm idman və incəsənət beynəlxalq əlaqələri və ictimai fəaliyyəti barəsində məlumatların əyani şəkildə həmin şagirdlərə çatdırılması, universitetlə yaxından tanış olması,  gələcəkdə ixtisas seçimində Gəncə Dövlət Universitetinin tələbəsi kimi təhsil almasıdır.

Tədbirin sonunda şagirdlərə Gəncə Dövlət Universitetinin fəaliyyətini əks etdirən bukletlər paylanmışdır.

Mətbuat və informasıya xidməti