Gəncə Dövlət Universitetinin professor –müəllim heyəti Göygöl Rayon Təhsil şöbəsində görüş keçirmişdir

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Göygöl Rayon Təhsil şöbəsində olmuşdur.

   Görüşdə Göygöl rayonun 50–ə yaxın orta ümumtəhsil məktəbinin rəhbər müəllimləri və 500 şagirdi iştirak etmişdir.

   Göygöl Rayon Təhsil şöbəsinin müdiri Elnur Qasımov çıxış edərək qeyd etmişdir ki, görüşün əsas məqsədi Gəncə Dövlət Universiteti ilə Göygöl rayon təhsil şöbəsinin tabeliyində olan orta ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması və şagirdlərin ali məktəbdə fəaliyyət göstərən ixtisaslar haqqında birliklərini artırmaqdır.  

   İşçi qrupunun üzvləri dosent A.Quliyev, dosent C.Qarayev, dosent  C.Bağırzadə, dosent  E.Atakişiyev, baş müəllim  İ.Haqverdiyev, müəllim M.Babayev və universitetin əməkdaşı S.Piriyev çıxışlarda qeyd etmişlər ki, universitetdə son illər ərzində aparılan səmərəli tədris, elmi-tədqiqat, tərbiyə işlərinin, beynəlxalq əlaqələrin  Gəncə şəhərində və ətraf rayonların orta məktəblərində təbliği ilə əlaqədar qarşıya qoyulan vəzifələrin icra edilməsi məqsədilə mütəmadi görüşlər keçirilir.

Çıxışlarda universitetin fakültələri, ixtisasları və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda universitetin tədris binaları, laboratoriyaları, kitabxanaları, idman zalları və tələbə yataqxanası haqqında məlumatlar əyani şəkildə təlimin texniki vasitələrinin (slayd formasında) köməyi ilə şagirdlərə göstərilmişdir.

 Göygöl Rayon Təhsil şöbəsinin metodiki bölmənin rəhbəri Afət Ələkbərova belə tədbirlərin davam etdirilməsini və gələcəkdə şagridlərin universitetə ekskursiyaların təşkil olunmasını təklif etdi.

Tədbirdə şagirdlərə universitetin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar təqdim olunmuşdur.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallara ətraflı məlumat verilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti