Gəncə Dövlət Universitetinin professor–müəllim heyəti orta məktəbdə ustad dərsi keçmişdir

Gəncə Dövlət Universitetində səmərəli tədris elmi-tədqiqat, tərbiyə işlərinin orta ümumtəhsil məktəblərində təbliği ilə əlaqədar Botanika kafedrasının müdiri, professor Vaqif Novruzov Gəncə şəhər Nəriman Nərimanov adına 25 saylı tam orta məktəbdə ustad dərsi keçmişdir.  “Qırmızı siyahıların müasir vəziyyəti, yeni yaradılacaq qırmızı kitabların tərtibində onların rolu” mövzusuna həsr edilən ustad dərsində orta məktəbin direktoru Nailə Muradova, Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, şöbənin əməkdaşı Tünzalə Qarayeva, Botanika kafedrasının müəllimi Fidan İsayeva, o cцmlədən orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişlər.

    Mövzu ilə əlaqədar qeyd olunmuşdur ki, 30 illik işğal dövründə ermənilərin hərbi təcavüzü nəticəsində ekoloji tarazlıq pozulmuşdur. Meşə sahələrində flora və fauna məhv edilmiş, su resursları çirkləndirilmiş, təbii sərvətlərin qeyri-qanuni istismar olunması nəticəsində 54 min ha-dan artıq meşə sahəsi tamamilə məhv edilmişdir. Şagirdlərin diqqətinə çatdırılmışdır ki, 43 min ha 2 Dövlət qoruğu, 4 təbiət yasaqlığının flora və faunasına ciddi ziyan dəymiş, iqtisadi əhəmiyyət kəsb edən 167 faydalı qazıntı yatağı istismar olunmuş, 8 Qarabağ endemi, ümumi həcmi 631 milyon kub metr su anbarı dövriyyədən çıxarılmışdır.

   Dərsin sonunda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti