Gəncə Dövlət Universitetinin tələbələri erməni vandalları tərəfindən dağılmış ərazidə olmuşlar

    44 günlük Vətən Müharibəsi dövründə düşmən tərəfindən Gəncə şəhər Ələkbər bəy Rəfibəyli küçəsinin raket hücumuna məruz qalması nəticəsində dağılmış ərazilər Gəncə Dövlət Universitetinin  tələbələri tərəfindən ziyarət edilmişdir. Universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Filologiya fakültəsinin  tələbələri “Qələbə parkı”nda dağılmış binalar ziyarət edilmişdir. Parkda memorial abidənin önünə gül dəstələri qoymuşlar.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti