GDU-da tələbə təşkilatları idarə heyəti ilə görüş keçirilmişdir

Gəncə Dövlət Universitetində Keyfiyyətin Təminatı Mərkəzi Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının idarə heyəti ilə görüş keçirmişdir. Görüşdə Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov tələbə təşkilatlarının fakültələr üzrə gedən işləri ilə  tanış olmuş, fəaliyyət planı üzərində müzakirələr aparmışdır. Sonra dərsdən kənar təşkil olunan tədbirlərin tələbələr üçün əhəmiyyəti, aktual məsələlərin müzakirəsi, həmçinin tələbələrin istək və  tələblərinə uyğun işlərin görülməsinin əhəmiyyəti müzakirə edilmiş, universitet tələbələrinin sosial mediada yüksək səviyyədə  təmsil olunması üçün idarə heyətinə müəyyən tövsiyələr verilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti