Gəncə Dövlət Universitetinin professor –müəllim heyəti Şəmkirdə orta məktəb kollektivi ilə görüş keçirib

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti   Şəmkir rayon Təhsil sektorunda 20–ə  yaxın orta ümumtəhsil məktəbinin rəhbər müəllimləri və şagirdləri ilə görüş keçirib.

   Şəmkir rayon Təhsil sektorunun əməkdaşı Adilə Hüseynova çıxışında qeyd edib ki, görüşün əsas məqsədi Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması və GDU-da tədris olunan ixtisaslar haqqında şagirdlərin məlumatlandırılmasıdır.

    Universitetin işçi qrupunun üzvləri dosent A.Quliyev, dosent C.Qarayev, dosent C.Bağırzadə, dosent E.Atakişiyev, baş müəllim İ.Haqverdiyev və müəllim M.Babayev çıxışlarında fakültələr, mövcud ixtisaslar, ali məktəbin beynəlxalq əlaqələri və rayonlarda şagirdlərlə görüşlərdən haqqında ətraflı məlumat veriblər.

    Görüşdə Gəncə Dövlət Universitetinin tədris binaları, laboratoriyaları, kitabxanaları, idman zalları və tələbə yataqxanası haqqında olan məlumatları əks etdirən videoçarx ənümayiş olunub.

    Şəmkir rayon orta ümumtəhsil məktəblərinin müəllimləri- Nübubət Hacıyeva, Aytac İsgəndərli, Nərgiz Abbasova çıxışlarında Gəncə Dövlət Universitetinin məzunları olduqları üçün fəxr etdiklərini qeyd ediblər, görüşün əhəmiyyətindən danışıblar.

   Şagirdlərə universitetin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar təqdim edilib.

   Sonda görüş iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti