Gəncə Dövlət Universitetinin professor –müəllim heyətinin ustad dərsləri uğurla davam edir

Gəncə Dövlət Universitetinin Kimya–biologiya fakültəsinin Anatomiya, fiziologiya və  zoologiya kafedrasının müdiri professor Vəfa Məmmədova Gəncə şəhəri 29 saylı tam orta məktəbdə  ustad dərsi keçmişdir. Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti, fakültənin Biologiya müəllimliyi  ixtisasında təhsil alan fəal tələbələr, orta məktəbin rəhbərliyi və şagirdlər iştirak etmişlər.

Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev qeyd etmişdir ki, Gəncə Dövlət Universitetində son illər ərzində aparılan səmərəli tədris, elmi –tədqiqat, tərbiyə işlərinin, beynəlxalq əlaqələrin şəhərimizin orta ümumtəhsil məktəblərində tətbiqi ilə əlaqədar olaraq nümunəvi dərslər təşkil olunur. Universitet rəhbərliyinin əmrinə əsasən professor-müəllim heyətinin nümunəvi ustad dərsləri orta məktəblərdə uğurla davam etdirilir.

  Dərsdə Vəfa Məmmədova  şagirdlərə “Təbiətdə yayılan quşların növ müxtəlifliyi”movzusunda çıxış etmiş, Azərbaycanda yayılan quşların növ müxtəllifliyi, yaşayış yeri va həyat tərzi haqqında slaydlar üzərində geniş məlumat vermişdir. Şadirdlərə təbiətdə yayılan quşların qorunmasının yolları, insanların fəaliyyəti və ətraf mühitin çirklənməsi nəticəsində bəzi növlərin sayının azalmasından danışılmışdır.

Dərsin sonunda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.