GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU TƏLƏBƏLƏRLƏ GÖRUŞ KEÇİRMİŞDİR

22 dekabr 2021-ci il tarixdə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tələbələrlə görüşü keçirilmişdir. Qeyd edək ki, universitet rektoru tələbələrlə mütəmadi olaraq belə görüşlər təşkil edir.

Görüş zamanı rektor tələbələrə univesitetdə aparılan tədris prosesi, imtahanlara hazırlıq, elmi və innovativ yeniliklər, yenidən qurma işləri və s. haqqında ətraflı məlumat vermişdir.  

Görüşdə çıxışı edən universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov iştirakçılara Erasmus+ KA2 MEDIATS layihəsi çərçivəsində universitetin nəzdində açılmış “Mediasiya Mərkəz”i haqqında ətraflı məlumat vermişdir.

Layihənin yerli koordinatoru Vasif Həsənov rektorun müvafiq əmri ilə yaradılmış “Mediasiya Mərkəz”inin məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, strukturu, müraciət qaydaları haqqında geniş məlumat vermişdir. Məlumatın sonunda “Mediasiya Mərkəz”inə rektorun müvafiq əmri ilə Ruslan Məmmədovun təyin edildiyini qeyd etmiş və onun bu sahədə çox təcrübəli və beynəlxalq sertifikatlı mediator olduğunu qeyd etmişdir.

Görüş tələbələrin suallarının cavablandırılması ilə başa çatmışdır.