Gəncə Dövlət Universitetinin tələbələri istedadlı gənclərin aşkar edilməsinə dair görüşdə iştirak etmişlər

Yaradıcı və  istedadlı gənclərin aşkar edilməsi və onların fəallığının artırılmasına dair keçirilən görüşdə  Gəncə Dövlət Universitetinin bir qrup gənci də fəallıqla  iştirak etmişdir. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə keçirilən görüşdə qeyd edilmişdir ki, əsas məqsəd gənclərə dəstək olmaq və onlar arasında fəallığı artırmaqdır. Görüşdə tələbələrə istiqamət verilmiş, bu yolda onlara uğurlar arzulanmışdır.  

  Sonda tələbələrin maraq dairəsinə uyğun  təlim paketləri təqdim olunmuşdur.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti