Gəncə Dövlət Universitetinin tələbələri Məhsəti Gəncəvi Mərkəzinə ekskursiya ediblər

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Riyaziyyat-informatika fakültəsinin bir qrup fəal gənci Məhsəti Gəncəvi Mərkəzinə ekskursiya edib.  

     Ekskursiya zamanı Məhsəti Gəncəvi Mərkəzi, XII əsrdə yaşayıb yaratmış şairənin həyatı və yaradıcılığı, muzeydə nümayiş etdirilən  eksponatlar haqqında geniş məlumat verilib.

    Tələbələr  şairənin  yaradıcılığı haqqında sərgilənən portret xalçalar,  intibah dönəmində xanımlara xas milli geyim nümunələri, rəsm qalereyasında isə Məhsəti Gəncəvinin obrazı, o cümlədən rübailərinə həsr edilmiş tablolar ilə yaxından tanış olublar.

   Məhsəti Gəncəvi Mərkəzində sərgilənən eksponatlarla tanışlıq tələbələrin böyük marağına səbəb olub.  

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti