Gəncə Dövlət Universitetinin tələbələrinə sertifikatlar təqdim olunmuşdur

Gəncə Dövlət Universitetində “Open science Azərbaycan: gənc tədqiqatçılar arasında open science platformasının təbliği” adlı layihə çərçivəsində seminar keçirilmişdir.

          Seminarı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə açaraq keçirilən bu seminarın gənc tədqiqatçılar üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

          Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov  layihənin qısa təqdimatını verdikdən sonra Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti, dosent Ruslan Rəhimli “Open  Science-elmin inkişafı üçün yeni konsepsiyalar” və “Tədqiqatçılar arasında beynəlxalq elmi platformaların təşviqi” mövzularında çıxış etmişdir.

          Seminarın sonunda iştirakçı tələbələrə sertifikatlar verilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti