Universitet TGT-nın fəal gəncləri “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət” adlı şəhər tədbirində iştirak ediblər

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət” adlı tədbir keçirilmişdir.

Tədbirdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının gəncləridə iştirak etmişdirlər.
Tədbirdə ilk olaraq gənclərin və xocalı sakinlərinin iştirakı ilə Xocalı soyqırımının qurbanlarını yad etmək məqsədilə Xocalı abidəsi ziyarət olunaraq önünə tər qərənfillər düzülmüşdür.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Xocalı soyqırım qurbanlarının və Vətən müharibəsi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Şahid Rzayev və Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin direktoru Ramiz Məhərrəmov çıxış edərək, Xocalıda baş vermiş soyqırımı qınayıblar və bu faciənin bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayət olduğunu qeyd etmişlər. Onlar vurğuluyublar ki, hər bir azərbaycanlının, xüsusəndə gənclərin qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətlər olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır.
Tədbir gənclərin iştirakı ilə bədii kompazisiya ilə davam etmişdir. Tədbirin sonunda Xocalı sakinləri ilə gənclərin ehsan süfrəsi arxasında görüşü baş tutmuşdur.