Gəncə Dövlət Universitetinin tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olmuşdur

Paşa Holding” tərəfindən təşkil olunan “Əlaçı” təqaüd proqramının təqdimatı keçirilmişdir. 2022-2023-cü tədris ilini əhatə edən təqaüdü qazanmaq üçün respublika üzrə 2400 gənc yarışmış və onlardan ən yaxşı 115 nəfər qalib olmuşdur. Gəncə Dövlət Universitetinin Sosial iş ixtisasının 3-cü kurs tələbəsi Rəsul Quliyev də iştirak etmiş və qaliblər sırasında olmuşdur. Tələbəmiz Gəncə şəhəri üzrə “Əlaçı” təqaüd proqramının yeganə qalibidir.

    Qeyd edək ki, “Əlaçı” təqaüd proqramının qalibləri müxtəlif təlimlərə, karyera məsləhətlərinə də cəlb ediləcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti