Gəncə Dövlət Universitetinin tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər

    Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetin  fəal gəncləri Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər. Tələbələrə burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, muzeydə Ulu Öndərin uşaqlıq və gənclik illəri, zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

  Tələblərə məlumat verilib ki, muzeydə Azərbaycanın rifahı, gözəl gələcəyi naminə sosial-iqtisadi inkişafa yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyətə aid maraqlı fotolar, kitablar və qəzetlərə də geniş yer verilib.

Muzeydə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti