Gəncə Dövlət Universtetində Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilmişdir

Gəncə Dövlət Universitetində 18 Oktyabr- Dövlət Müstəqilliyinin Bərpası Gününə  həsr olunmuş tədbir keçirilmişdir.

   Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

   Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Humanitar məsələr üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışmış,  həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açmışdır. Prorektor Gülsüm Fətəliyeva onu da qeyd etmişdir ki, əldə edilmiş müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Fəxr edirik ki, Ümummilli Liderimizin siyasətini və ideyalarını möhtərəm Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir.

   Tədbirdə universitetin Tarix fakültəsinin dosenti Hüseyn Bəxtiyarov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Yusubova çıxışlarında qeyd etmişlər ki, 1991-ci il avqustun 30-da “Azərbaycanın müstəqilliyi haqqında” bəyannamə, oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi.

  Tədbirdə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmasından və beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmasından da danışılmışdır.

   Dövlət Müstəqilliyinin Bərpası Gününə  həsr olunmuş tədbirin sonunda universitet tələbələri tərəfindən vətənpərvərliyə aid şeirlər də səsləndirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti