Tələbələr arasında intelektual oyun təşkil edilmişdir

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Gəncə Gənclər Evinin İntelektual Oyunlar Klubunun təşkilatçılığı ilə bilik yarışı keçirilmişdir. Gəncə Dövlət Universitetinin tələbələri arasında təşkil olunan intelektual oyunun nəticələrinə əsasən “Miracle” komandası – 1-ci, “Apeiron” komandası – 2-ci, “Kəpəz” komandası – 3-cü yeri tutmuşdur.

   Sonda qalib komandalar diplomla təltif olunmuşlar.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti