“Gəncə Gənclər Debat Forumu: Payız 2017”nin qalibləri mükafatlandırılıb

Gəncə şəhər Gənclər və İdman Baş idarəsi və Gəncə Regionl Debat Mərkəzinin birgə təşkilatçılığı ilə “Gəncə Gənclər Debat Forumu: Payız 2017” keçirilib.

Forumda hər birində 3 nəfər olmaqla ümumilikdə 12 komanda iştirak edib. Forumun final mərhələsində Gəncə Dövlət Universitetinin Daltonlar və Plan-B komandaları qarşılaşıblar. Oyun zamanı üstünlük nümayiş etdirən Daltonlar komandası final mərhələsinin qalibi elan edilib.

Sonda qalib komandanın üzvləri ilə yanaşı forumun 10 ən yaxşı natiqi, eləcə də keçirilmiş forumlar ərzində fərqlənən “ən yaxşı təlimçi”, “ən yaxşı hakim” və “ən yaxşı məşqçi” nominasiyaları üzrə fərqlənənlər mükafatlandırılıb.