Gəncə Gənclər Evində maarifləndirici təlim təşkil olunub

Gəncə Gənclər Evində “İntahar və intahara cəhd hallarının qarşısının alınması ilə bağlı” maarifləndirici təlim təşkil olunub. Təlimdə Universitetin TGT-nın fəal gəncləri də iştirak edib.

Təlimdə Loqos psixologiya mərkəzinin psixoloqu Şahin Əliyev intihara səbəb nədir və intiharın bilinməyən tərəflərini gənclərlə bölüşüb.

Təlimin sonunda Gəncə şəhər prokurorluğunun əməkdaşı Əfsanə xanım intihar hallarının hüquqi tərəfdən öz yanaşmasını bildirib.

Layihə Gənclər Fondunun və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının layihəsidir.