GDU ƏMƏKDAŞLARI EQAC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ LİTVAYA SƏFƏR EDİBLƏR
4-11 noyabr tarixlərində Azərbaycanın bir sıra universitetlərinin nümayəndələri Litvada səfərdə olub. Səfərin əsas məqsədi Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa Komissyasının Erasmus+ proqramının EQAC layihəsi çərçivəsində Litvanın Tətbiqi Sosial Elmlər Universitetinində keçirilən təlimlərdə iştirak olub.
Gəncə Dövlət Universitetinin də əməkdaşlarının iştirak etdiyi təlimlərin əsas mövzusu universitetlərdə keyfiyyətin təminatı sisteminin qurulması üçün istifadə ediləcək QPR proqramının işləmə prinsiplərinin öyrənilməsi olub. Təlimlər zamanı iştirakçılıar QPR proqramının köməyi ilə universitetlərin iş proseslərinin modelini yaradıblar.
5 noyabr tarixində nümayəndə heyətimiz Litvanın Mykolas Romeris universitetinə də səfər edib və burada olan mütəxəsislərin keyfiyyətin təminatı ilə bağlı təlimlərində iştirak edib.
9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə təlimə başlamazdan əvvəl universitetlərimizin nümayəndələri Azərbaycan Respublikasının Dövlət himnini canlı səsləndiriblər (əlavə məlumatı video linkdən əldə edə bilərsiniz:)
Dövlət Bayrağı Günü münasibəti ilə Litvalı tələbələr və təlimçilər, Azərbaycan universitetlərinin nümayəndələri təbriklər etdiblər (əlavə məlumatı video linkdən əldə edə bilərsiniz:)
Keçirilən görüşlər zamanı Gəncə Dövlət Universitetini İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Asif Həsənov, və İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev təmsil edib.