GDU-da ,,14 İyul 1969-cu il – Dövlətçilik tarixinin başlanğıcı” adlı tədbir keçirilib
Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsinin 54-cü ildönümü münasibətilə ,,14 İyul 1969-cu il – Dövlətçilik tarixinin başlanğıcı” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb. Prorektor bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi ölkəmizin xilasının birinci mərhələsi, xalqımızın özünəqayıdış tarixidir. Dünyaşöhrətli siyasi xadim Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Ulu Öndərin qeyri-adi idarəçilik bacarığı və yüksək vətənpərvərliyi sayəsində ölkənin xoşbəxt gələcəyi istiqamətində biri-birindən mühüm addımlar atılıb və sosial-iqtisadi, ordu quruculuğu, elmi-texniki, mədəni sahələrin inkişafında, o cümlədən milli şüurun formalaşmasında böyük uğurlar əldə edilib.
Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov və rektorun baş müşaviri Asif Cavadov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil və qüdrətli Azərbaycan bu gün ölkə başçısı Cənab İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində daha da inkişaf edir.
Tədbirdə Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadənin “14 İyul – Milli dirçəliş tariximiz”, Ümumi tarix kafedrasının baş müəllimi Nərgiz Rəsulovanın “Müstəqilliyimizin və bütün uğurlarımızın təminatçısı”, Coğrafiya kafedrasının baş müəllimi Arifə Əhmədlinin “Tarix yaradan lider”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasovun “Dünyaşöhrətli siyasətçi və şəxsiyyət” mövzularında məruzələri dinlənilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti