GDU-da AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi professor Vaqif Novruzovun 80 illik yubileyi qeyd olunub

 Gəncə Dövlət Universitetində (GDU) AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi,  universitetin Botanika kafedrasının müdiri­, professor Vaqif Novruzovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov açaraq Botanika sahəsində tanınmış alim,  professor Vaqif Novruzovu yubiley münasibəti ilə təbrik edib və yubilyarın Azərbaycan elminin inkişafındakı xidmətlərindən, uzunmüddətli səmərəli elmi fəaliyyətindən, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rolundan danışıb. Rektor Yusif Yusibov qeyd edib ki, professor Vaqif Novruzovun Biologiya elminin tərəqqisində xüsusi xidmətləri olub. Alimin yetişdirdiyi elmi kadrlar hazırda ölkəmizdə və xaricdə müxtəlif nüfuzlu elmi təşkilatlarda fəaliyyətlərini uğurla davam etdirirlər.

       O da vurğulanıb ki, alim elmə məlum оlmаyаn 15 yеni növ bitkinin bоtаniki təsvirini vеrərək, оnlаrı dünyа flоrаsınа dахil еtmiş, Qаfqаzdа ilk dəfə оlаrаq nаdir və məhvоlmа təhlükəsində qаlаn şibyələrin mühаfizəsi üçün tədbirlər sistеmi işləyib hаzırlаmışdır. Professor Vaqif Novruzov 250 elmi əsərin, o cümlədən 7 monoqrafiya, 3 dərslik, 7 dərs vəsaiti, metodiki göstəriş və problem mühazirələrin müəllifidir. Onun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 3 nəfər elmlər, 23 nəfər fəlsəfə doktoru hazırlanmışdır.

      Yubiley tədbirində universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Botanika kafedrasının dosenti, həm də alimin ömür-gün yoldaşı Zilxumar İsmayılova , həmçinin alimin yetişdirdiyi keçmiş tələbələr və digər çıxış edənlər təbriklərə qoşularaq Vaqif Novruzovun mənalı ömr yolundan, elmi-pedaqoji fəaliyyətindən və alimin elmi tədqiqatlarının əhəmiyyətindən söhbət açıblar.

    Tədbirdə Botanika kafedrasının professoru  Aynur Bayramovanın “AMEA-nın müxbir üzvü, professor Vaqif  Novruzovun həyat və fəaliyyəti”,  Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədovanın “Görkəmli  ziyalı, vətənpərvər  alim Vaqif   Novruzovun  elmi  irsi”, Botanika kafedrasının dosenti Yeganə Aslanovanın “Böyük   ziyalı,  fədakar  elm  xadimi,   Təbiət vurğunu –Vaqif  Novruzov ”, Botanika kafedrasının əməkdaşı Ramidə Quliyevanın “Müdrik insan, qayğıkeş ailə başçısı” mövzularında çıxışları dinlənilib.

    Görkəmli alim Vaqif Novruzov təbriklərə və ona göstərilən diqqətə görə universitetin rektoruna, o cümlədən tədbir iştirakçılarına minnətdarlığını bildirib.

     Sonda professor Vaqif Novruzova Botanika elminin inkişafındakı xüsusi xidmətlərinə, yüksəkxtisaslı kadrların hazırlanmasında uzunmüddətli səmərəli fəaliyyətinə görə, eyni zamanda anadan olmasının 80 illik yubileyi münasibətilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tərəfindən Fəxri Fərman və bir neçə qiymətli mükafat təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

                      .