GDU-da “Code Academy” layihəsinin ,,Məzun günü”

      Gəncə Dövlət Universitetində (GDU) “Code For Future” layihəsi çərçivəsində icra olunan “Code Academy”nin “Məzun günü” keçirilib. 

     Code Academy tədris müəssisəsinin təsisçisi və direktoru Ülvi Aslanov çıxış edərək məzunları təbrik edib. Azərbaycan Respublikası Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstək verdiyi layihənin 2022-ci ildən daha da genişlənərək regionlarda da icra olunduğunu diqqətə çatdırıb və Gəncə Dövlət Universitetində 2022-2023-cü tədris ilinin yaz semestrində 66 tələbənin layihə üzrə məzun olduğunu qeyd edib.  

     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal təhsil layihələri üzrə keyfiyyətə nəzarət, monitorinq və qiymətləndirmə üzrə məsul şəxsi İbrahim Qədirov layihənin üstünlüklərindən danışaraq informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasının əmək bazarının tələbi olduğunu vurğulayıb.

     Daha sonra tədrisi başa vuran GDU tələbələrinin hazırladıqları layihələrin təqdimatı keçirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti