GDU-da “Debatçı olmağınla fərqlən!” adlı maarifləndirici görüş keçirilib

     Gəncə Dövlət Universiteti  (GDU) Tələbə Gənclər Təşkilatı və Debat Klubunun təşəbbüsü ilə “Debatçı olmağınla fərqlən!” adlı maarifləndirici görüş keçirilib.

     Milli Debat Proqramı çərçivəsində təşkil edilən görüşdə son illərdə həyata keçirilən layihələrdən, tələbələrimizin müxtəlif debat turnirlərində qazandıqları uğurlardan  və debatın əhəmiyyətindən geniş danışılıb. Bildirilib ki, əsas məqsəd tələbələri gələcək layihə və təlimlərə cəlb etməklə peşəkar debatçıların yetişdirilməsinə dəstək omaq, gənclərin fəallığını artırmaq və onların intellektual inkişafını yüksəltməkdir.

   Sonda mövzu ətrafında tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti