Ramazan bayramı ərəfəsində Şəhidlər Xiyabanı və şəhid ailələri ziyarət olunub

Müqəddəs Ramazan bayramı ərəfəsində Gəncə Dövlət Universitetinin prorektoru, dosent Gülsüm Fətəliyeva, Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, fakültənin bir qrup müəllim və tələbəsi Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər.

   Sonra  bir neçə şəhid ailələri ziyarət olunub. Ramazan bayramı münasibətilə onlara bayram sovqatı təqdim edilib.

   Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.  Şəhidlərin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından və torpağa, milli-mənəvi dəyərlərə bağlılğından bəhs edilib.

    Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.   

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti