Ramazan bayramınız mübarək!

    Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət və həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır.

    İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir.

    Ramazan bayramı münasibətilə Gəncə Dövlət Universitetinin kollektivi və tələbələrinin timsalında bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Allahdan oruc və dualarınızın qəbul olunmasını diləyirik!

    Ramazan bayramınız mübarək!

                                                                         Rektorluq