GDU-da dövlət qulluğuna qəbul qaydaları barədə məlumatlandırıcı tədbir keçirilib

Gəncə Dövlət Universitetinin sonuncu kurs və magistratura tələbələri  üçün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbula dair məlumatlandırıcı  tədbir keçirilib.

Tədbirdə DİM Gəncə Regional bölməsinin müdiri Nəsimi Məmmədov, DİM-in sektor müdiri Elnur Abbasov, DİM Gəncə Regional bölməsinin böyük məsləhətçisi Sərxan Ağayev və universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev iştirak edib.

   Tədbiri Gəncə Dövlət Universitetinin baş müşaviri Asif Cavadov giriş sözü ilə açaraq tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib və onları yaxın zamanda keçiriləcək dövlət qulluğu imtahanında fəal iştirak etməyə səsləyib.

   Tədbirdə “Dövlət Quluğuna qəbul qaydaları, vakansiya seçimi və fəaliyyətin davam etdirilməsinə dair ətraflı məlumat verilib.

Sonda tələbələrin sualları  məruzəçilər tərəfindən ətraflı cavablanırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti