GDU-nun professor –müəllim heyəti Samuxda orta məktəb kollektivi ilə görüş keçirib

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Samux Rayon Təhsil şöbəsində 23-ə yaxın orta ümumtəhsil məktəbin rəhbər müəllimləri və şagirdləri ilə görüşüb.

Tədbiri Samux Rayon Təhsil şöbəsinin sektor müdiri Nurlana Həsənova giriş sözü ilə açaraq qeyd edib ki, görüşün əsas məqsədi Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrin yaradılması, şagirdlərə ali məktəbin fəaliyyəti və tədris olunan ixtisaslar haqqında məlumatlar verilməsidir.

Universitetin işçi qrupunun üzvləri dosent A.Quliyev, dosent C.Qarayev, dosent C.Bağırzadə, dosent E.Atakişiyev, baş müəllim İ.Haqverdiyev və müəllim M.Babayev çıxışlarında fakültələr, tədris olunan ixtisaslar və ali məktəbin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat veriblər.

Eyni zamanda Gəncə Dövlət Universitetinin tədris binaları, laboratoriyaları, kitabxanaları, idman zalları və tələbə yataqxanası haqqında olan məlumatlar əyani şəkildə təlimin texniki vasitələrinin (slayd formasında) köməyi ilə nümayiş olunub.

Tədbirdə şagirdlərə universitetin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar təqdim edilib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti