GDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsində, o cümlədən Fizika və Texniki fənlər fakültəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə tədbir keçirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək tələbələri ali məktəb rəhbərliyi adından bayramlar münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

 Bildirilib ki, ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birliyimizin, həmrəyliyimizin nümayişidir.

Tədbir tələbələrin ifasında maraqlı rəqslər, səhnəciklər və mahnılarla davam edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti