GDU-nun tələbələri valideyn himayəsindən məhrum olan uşaqlara bayram sovqatı aparıblar

Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin baş müəllimi Zəhra Əliyevanın təşkilatçılığı ilə 3-cü kurs tələbələri Gəncə Uşaq Evinin sakinlərinə bayram sovqatı aparıblar.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tələbələr valideyn himayəsindən məhrum olan uşaqlarla birlikdə bayram şənliyi təşkil edərək onların könlünü xoş ediblər.

Kimya-biologiya fakültəsinin baş müəllimi Zəhra Əliyeva və tələbələr  uşaqları təbrik edib, onlara xoş aruzlarını çatdırıblar.

     Şaxta baba və Qar qızın şənliyə gəlməsi, uşaqalara müxtəlif hədiyyələr paylaması onlar tərəfindən sevinclə qarşlanıb.

  Tələbələrlə birlikdə bayram tortunun kəsilməsi isə şənliyi daha da əyləncəli edib.

   Gəncə Uşaq Evinin sakinləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Bayram şənliyi konsert proqramı ilə davam edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti