GDU-da Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib.

  Universitetin rektoru Yusif Yusibov iclası giriş sözü ilə
açaraq qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramı münasibətilə ali təhsil ocağının əməkdaşlarını
təbrik edib, ən xoş arzularını bildirib. Rektor diqqətə çatdırıb ki,
bayramlar münasibəti ilə səmərəli, qüsursuz fəaliyyətinə görə GDU-nun
bir qrup əməkdaşı  Fəxri Fərmanla təltif olunub.

     Elmi Şurada rektor Yusif Yusibov gündəlikdə olan məsələləri şura
üzvlərinin diqqətinə çatdırıb.

  Sonra Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov
2023/2024-cü tədris ilinin payız  im­tahan sessiyasına hazırlığın
vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Qeyd
edilib ki, imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi
üçün lazımi şərait yaradılıb, imtahanla əlaqədar təlimat hazırlanıb və
universitetin saytında yerləşdirilib. Universitet üzrə əmrə əsasən
imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan
Qərargahı və Apellyasiya Komissiyası yaradılıb.

     İclasda İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov son
illər ərzində departament tərəfindən görülən işlərə dair geniş
hasabatla çıxış edib.

    Elmi Şurada Filologiya fakültəsinin, Təhsilin pedaqogikası və
metodikası kafedrasının, eləcə də Psixologiya  kafedrasının 5 illik
fəaliyyətinə dair hesabatları və komissiya sədrlərinin çıxışları
dinlənilib.

   Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq şura üzvləri
tərəfindən qənaətbəxş hesab edilib.

   Elmi Şurada gizli səsvermənin nəticələri əsasında Riyazi analiz
kafedrasının dosenti Abbas Hüseynova Gəncə Dövlət  Universitetinin
“Fəxri professoru” adının verilməsi məqsədə uyğun hesab edilib.

  Elmi Şuranın iclasında 31 dekabr-Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Gəncə Dövlət
Universitetinin bütün əməkdaşlarına pul mükafatının verilməsi barədə
qərar qəbul olunub.

     İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti