GDU-da “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilib

              Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilib.

         Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək mövzunun aktuallığından söz açıb.

        Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Çimərliklərdə təhlükəsizlik qaydaları”, “Dəm qazı” və “112 qaynar xətti” mövzularında məruzə ilə çıxışlar ediblər və fövqəladə hallarla bağlı davranış qaydaları barədə ətraflı məlumat veriblər.

       Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, fövqəladə hallar zamanı baş vermiş hadisələr, bu hallardan çıxış yolu tapmaq üçün lazımi qaydalar haqqında videoçarx nümayiş olunub.

       Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı yaddaş vərəqələri paylanılıb və  tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti