GDU-da “İnklüziv təhsilin təşkili: perspektivlər və reallıq” mövzusunda dəyirmi masa keçirilib
Gəncə Dövlət Universitetinin “Əlilliyi olan tələbələr üçün Mərkəz”də ümumtəhsil məktəblərin İnklüziv siniflərində tədris aparan müəllimlər üçün “İnklüziv təhsilin təşkili: perspektivlər və reallıq” mövzusunda dəyirmi masa keçirilib.
Mərkəzin mütəxəssisi, Ümumi pedaqogika kafedrasının baş müəllimi, İnklüziv təhsil üzrə təlimçi-mentor Lamiə Hacımuradovanın moderatorluğu ilə keçirilən dəyirmi masada Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Sadiq Babayev, “Əlilliyi olan tələbələr üçün Mərkəz”in direktoru Turanə Qurbanova, Gəncə şəhər 8, 10, 26 və 39 nömrəli tam orta məktəbin müəllimləri iştirak ediblər.
Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə çıxış edərək İnklüziv təhsilin əhəmiyyətini vurğulayıb, təşkil edilən bu görüşün inklüziv və adaptiv təhsilin idarə olunması sahəsində nəzəri və praktik biliklərinin artırılmasına mühüm töhfə verə verəcəyəni bildirib.
Ümumi pedaqogika kafedrasının baş müəllimi, İnklüziv təhsil üzrə təlimçi-mentor Lamiə Hacımuradova İnklüziv təhsilə şagird qaydaları, adaptasiya strategiyaları, inklüziv sinif mühitinin təşkili və gələcək perspektivlər, sağlamlıq imkanları məhdud olan şagirdlərin sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq üçün praktik səriştələr və metodiki bacarıqlar mövzusunda maarifləndirici məlumatlar verib. İştirakçıların sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Sonda qonaqlara Gəncə Dövlət Universitetində fəaliyyət göstərən “Əlilliyi olan tələbələr üçün Mərkəz” və universitetdə sağlamlıq imkanları məhdud tələbələr üçün yaradılan imkanlar haqqında məlumat verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






