GDU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Gəncə Dövlət Universitetində  (GDU) “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

     Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub.

    Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək  “İnsan Hüquqları Günü”nün yaranma tarixindən, insan hüquqları və mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərdən ətraflı danışıb. Qeyd edib ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

     Tədbirdə Ümumi tarix kafedrasının müdiri dosent Etibar Musayevin “Müstəqilliyimiz – İnsan hüquqlarının müdafiəsinə xidmət edir”, Sosial fənlər kafedrasının baş müəllimi Qərənfil  Ramazanovanın “Azərbaycanda multikulturalizm”, Gəncə Dövlət Universitetinin hüquqşünası Günay Şirinovanın “Əhalinin sosial rifahı və İnsan hüquqları”, Sosial fənlər kafedrasının müəllimi Ramin Əliyevin “İnsan hüquqlarının müdafiəsi milli və ümumbəşəri  dəyər kimi” mövzularında məruzələri dinlənilib.

    Çıxış edənlər “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən hüquqi maarifləndirmə tədbirinin əhəmiyyətindən bəhs ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti